Ermənilər Los-Ancelesdə yerləşən türklərə məxsus restorana hücum ediblər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills bölgəsində yerləşən türklərə məxsus “İstanbul” adlı restorana hücum ediblər.
BAKU.WS xxəbər verir ki, məlumatı Azərbaycanın Los-Ancelesdeki Konsulluğu yayıb.
Konsulluğun məlumatında deyilir:
“Beverli Hillsdəki türk restoranına qarşı erməni radikalların törətdiyi nifrət cinayətini qınayırıq. Bu cür mənfur zorakılıq aktı qarşısında şəhərin siyasi liderlərinin susması cinayətkarları daha da arxayınlaşdırır. Bu ilin iyul ayında Los-Ancelesdə Azərbaycan icmasının üzvləri hücuma məruz qaldıqda əksər liderlərin belə sükutunun şahidi olduq. Bütün siyasi liderləri bu dəhşətli cinayəti qətiyyətlə pisləməyə və türk və Azərbaycan icmalarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırırıq”.
Oxşar xəbərlər
Los Ancelesdəki hadisələrə görə ABŞ səfiri XİN-ə çağırılıb
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Los Ancelesdə yaşayan radikal erməni daşnaklarının Azərbaycanın Lo...