Ermənilər dağıtsa da, Cəbrayıl işıqlandırılır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında ermənilər tərəfindən evlər dağıdılıb, işıq dirəkləri isə sıradan çıxarılıb.
BAKU.WS xəbər verir ki, bütün bunlara baxmayaraq, azad edilən torpaqlarda yenidənqurma işlərinə başlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, “Azərişıq” ASC işğaldan azad olunan Cəbrayıl rayonuna yeni elektrik dirəkləri quraşdırıb. Bunun nəticəsində rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilib.
Ötən gün “Reuters” agentliyi məlumat yaymışdı ki, Azərbaycana təhvil veriləcək Kəlbəcər rayonunun kəndlərində elektrik dirəkləri dağıdılır və azərbaycanlıların istifadəsi üçün yararsız hala salınır.
Oxşar xəbərlər
İşğaldan azad edilmiş şəhər və kəndlərimiz - SİYAHI
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edi...