Ermənilər Azərbaycan kəndini vurmağa başlayıb

İşğalçı Ermənistan ordusu vəziyyəti gərginləşdirmək məqsədilə Azərbaycanın yaşayış məntəqələrinə yenidən atəş açmağa başlayıb.
Bu barədə BAKU.WS-in bölgə müxbiri məlumat verib.
Məlumata görə, hazırda Tovuz rayonunun Ağdam kəndində iriçaplı silahlardan, eləcə də artilleriya qurğularından atışma davam edir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub.
Oxşar xəbərlər
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib - FOTO
Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata...