Aprel döyüşlərinin generalı DANIŞDI: Erməni zabitlər bizə yalvarırdılar ki...

Aprel döyüşlərinin generalı DANIŞDI: Erməni zabitlər bizə yalvarırdılar ki...
Siyasət 10067
 

"Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Aprel qələbəsinin fəal iştirakçısı olmuş general-mayor Mayis Bərxudarov deyib. 

M.Bərxudarov bildirib ki, ötən ilin mart ayının sonlarından başlayaraq düşmən qüvvələri Füzuli rayonunun Horadiz qəsəbəsi, Aşağı Əbdürrəhmanlı, Şükürbəyli, Qazaxlar kəndləri, Cəbrayılın Cocuq Mərcanlı kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini güclü artilleriya atəşinə tutmağa başlamışdı. Bundan başqa erməni snayperlərinin fəaliyyəti güclənmişdi.

O qeyd edib ki, aprel döyüşləri zamanı düşmən qruplar halında Azərbaycan ordusunun mövqelərini, ön xəttə yerləşən döyüş postlarını ələ keçirməyə və daha əlverişli mövqe tutmağa cəhd göstərib: "Düşmən bu vaxt nə ilə qarşılaşdı? Düşmən həmin vaxt Azərbaycanın hazırlıqlı və hər an döyüşə atılmağa hazır olan qəhrəman ordusu ilə qarşılaşdı. Biz sadəcə düşmənə göstərmək istədik ki, qəfil olan həmləyə qarşı dərhal hansı əks-tədbirlərin görülməsi mümkündür. Biz əvvəlllər gözləmə mövqeyində idik, amma ermənilərin qəfil fəaliyətindən onların özünə qarşı istifadə etdik".

General-mayor bildirib ki, əvvəlcə Azərbaycan ordusunun mövqelərinə hücuma keçmək istəyən düşmənin kəşfiyyat-diversiya qrupları neytral mövqedə məhv olunub: "Bundan sonra biz Lələ təpə istiqamətində əks hücuma başladıq. Öncə həmin döyüş mövqeyində yerləşən bölmələr qrup halında düşmən tərəfə irəliləyərək onlara güclü atəş zərbəsi endirdi. Biz həmin vaxt düşmənin özünün minlardan təmizlədiyi cığırlardan istifadə etdik. Əslində, düşmən hücum etmək istəsə də buna tam hazır deyildi. Düşmən gözləmirdi ki, onların bu həmləsini özlərinə qarşı istifadə edə bilərik. Birinci olaraq Lələ təpə istiqamətində, onun sağ və sol cinahında bir neçə əlverişli mövqeləri ələ keçirdik. Həmin mövqelər düşmənin uzunmüddətli atəş nöqtələri idi. Düşmən həmin ərazidə bizə müqavimət göstərdi və hücumumuzun qarşısını almağa cəhd etdi, amma bizim əsgərlər o qədər hazırlıqlı və qorxmaz idilər ki, birbaşa düşmənin səngərinə girdilər və düşməni yerindəcə məhv etdilər".

M.Bərxudarov bildirib ki, Lələ təpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub: "Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı." 

General-mayor Hikmət Həsənov diqqətə çatdırıb ki, ötən il martın sonunda təmas xəttində yaranmış vəziyyəti dəyərləndirən müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə xəttinə sonuncu səfəri zamanı qoşunların düşmənlə aktiv müdafiədən, daha kəskin zərbələrin vurulması mövqeyinə gətirilməsi üçün lazım olan tədbirlərin görülməsi və adekvant addımların atılması ilə bağlı göstəriş verib: "Nazirin əmri düşmənin növbəti kəşfiyyat-diversiya qrupu və digər qrupları müəyyənləşdirilərsə onlara daha ağır zərbələr vurulması ilə bağlı idi. Bundan başqa, Azərbaycanın yaşayış məntəqələrinin ətrafında yerləşən düşmən mövqelərinin ələ keçirilməsi və təmas xəttində yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin olunması ilə bağlı əmr verildi".

Onun sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə düşmənin kəşfiyyat-diversiya qrupları Talış, Tapqaraqoyunlu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinə əvvəlcə minaatanlardan zərbə endirib, bunda sonra isə düşmənin kəşviyyat-diveriya qrupları hücuma keçməyə cəhd göstərib: "Şəraiti qiymətləndirdikdən sonra həmin zolaqda yerləşən briqadanın ehtiyat qüvvələri və hərbi birləşmənin tank taborunun qüvvələri ilə hücum edən düşmənə sarsıdıcı zərbə vuraraq, öncə onların ön xəttə olan mövqeləri ələ keçirildi, eyni zamanda düşmənin müdafiə xəttinin dərinliklərinə irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəklikləri ələ keçirdik. Bununla da Tapqaraqoyunlu kəndi və o istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi tam təmin edildi.

Çox sevindirici haldır ki, bu döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralandıqlarını gizlədərək sona qədər döyüşürdülər. Buna misal olaraq, bizim tank əleyhinə batareyanın komandiri kapitan Balıyevi, gizir Eynullayevi nümunə göstərmək olar. Onlardan başqa, neçə-neçə hərbi qulluqçumuz son ana qədər döyüşərək düşmənə ağır zərbələr vurdular. Onların qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə tam möhkəmlənərək təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tam təmin olundu.

Ümumiyyətlə, döyüş əməliyyatı nəticəsində işğaldan azad olunmuş mövqelərdən Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu. Onlar irəliləyərək işğal olunmuş bütün torpaqları azad etmək üçün fədakarlıq göstərirdilər".

BAKU.WS

Son xəbərlər