Ermənilər 200-dən çox yaşayış məntəqəsinin adını dəyişdirib
Yeniliklərdən dərhal xəbərdar olun
“Erməni vandalları Dağlıq Qarabağ və ətraf rayonlarda təkcə bizim tarixi abidələrimizi, qəbiristanlıqlarımızı, yaşayış məntəqələrimizi viran qoymaqla kifayətlənməyiblər. Onlar oradakı çoxsaylı yaşayış məntəqələrimizin adlarını da süni şəkildə dəyişdirərək erməniləşdiriblər”.
BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Toponomiya komissiyasının sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni vandalları tərəfindən adları süni yollarla dəyişdirilən yaşayış məntəqlərimizin sayı 200-dən çoxdur:
“Ali Baş Komandanın qanunvericilik təşəbbüsü ilə işğaldan azad edilən bir neçə kəndin adlarının özünə qaytarılması istiqamətində ilkin addımlar atılıb. Lakin qarşıdakı dövr ərzində bizim üzərimizdə yüzlərlə kəndin adının yenidən özünə qaytarılması istiqamətində vəzifə dayanır”.
Oxşar xəbərlər
Ermənilərin məscid və türbələrimizi dağıtmasının əsas səbəbi - ANALİZ
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA və UNESCO-nun birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abid...