Erməni separatçılarının fransalı havadarı ifşa edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Özünün qatı ermənipərəst mövqeyi ilə tanınan və 2027-ci il prezident seçkilərində namizəd olmağa hazırlaşan Fransanın Overen-Rona-Alp Regional Şurasının sədri Loran Vokie vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
"Report" Fransa mətbuatına istinadən xəbər verir ki, bəzi yerli məmurlar onun işgüzar fəaliyyətində çoxlu nöqsanlar aşkarlayıb.
Belə ki, Vokyenin 4 əməkdaşı regional şurada qanunsuz işləməkdə şübhəli bilinir.
Bununla yanaşı, onun büdcə vəsaitlərindən qeyri-qanuni şəkildə istifadə etdiyi üzə çıxıb. Regional ekoloji təşkilatın rəhbəri Fabyen Qraeber büdcə müzakirələri zamanı Vokyeyə qarşı səslənib:
"Sizə aid olmayan vəsaitlərlə bizim regionumuzdan taleyiniz üçün bir pilləkən kimi istifadə edirsiniz. Fiskal qənaət dövründə buna daha dözə bilmərik!"
Regional şuranın deputatı, Sosialist partiyaslndan olan siyasətçi Najat Valo-Belkasem isə bildirib ki, hədsiz xərclər, qanunsuz yolla işədüzəltmə Vokienin regionun maliyyəsini necə idarə etdiyinə dair şəffaflığın olmamasının bariz nümunəsidir və onun siyasi gələcəyi ilə bağlı şübhələr yaradır.
Qeyd edək ki, Loran Vokye bir sıra ermənipərəst siyasətçilərlə birgə bu ilin iyun ayında Qarabağın guya blokadada olmasını əsas gətirərək Fransa və BMT-yə erməni sakinlərə kömək məqsədilə kollektiv müraciət ünvanlayıb. Bundan əvvəl isə aprel ayında ermənipərəst siyasətçi İrəvanda qondarma rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşündə təxribatçı fikirlər səsləndirib. Loran Vokye bildirib ki, təmsil etdiyi regionun dəstəyi və Fransadakı erməni icmasının təşkilatçılığı ilə Xankəndiyə “humanitar yardım” aparacaq. O, bu konvoyu Laçın yolundan keçirəcəyini bildirib. Vokyenin bu açıqlaması rəsmi Bakının sərt etirazına səbəb olub və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi dəyərləndirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...