Erməni deputat: "Müharibəni uduzmuşuq, Azərbaycanla diplomatik münasibət qurmalıyıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Dürüst olub, Qarabağ müharibəsindəki məğlubiyyəti tam və məsuliyyətlə qəbul etmək vacibdir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” fraksiyasının üzvü, parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan qanunverici orqandakı çıxışında bildirib.
“Biz müharibədə həm döyüş meydanında məğlub olmuşuq, həm də mənəvi-psixoloji cəhətdən uduzduq. Vəziyyətdən çıxmaq lazımdır. Nə qədər çətin də olsa, qalib tərəflə danışığa başlamağa cəhd etmək vacibdir. Azərbaycanla diplomatik münasibətləri qurmaq gözlənilən perspektivi dəyişə bilər”, - A.Köçəryan bildirib.
Onun sözlərinə görə, diplomatiya bütün iqtisadi, hərbi və mənəvi-psixoloji risklər əsasında dəyərləndirilməlidir. Komissiya sədri deyib ki, Ermənistanda iqtisadi siyasət ordunun yenidən formalaşdırılması və təhlükəsizliyin yaradılması əsasında yürüdülməlidir.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...