Erkin Qədirli: “Mandatdan imtina etməyəcəyəm“
Yeniliklərdən dərhal xəbərdar olun
Parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd və hazırda lider olan "REAL”çı Erkin Qədirli mətbuat konfransı keçirir.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, E.Qədirli bildirib ki, 16 saylı dairədə seçki səliqəli keçib: "Bütün məntəqələri gəzdik, seçki yaxşı keçdi, inzibati müdaxilə, karusel olmadı. Qutuya topa bülleten atılma halı olmadı”.
O iddia edib ki, 5 məntəqədə bir sıra problem çıxıb: "Protokolları vermək istəmirdilər. Cəmi 4 məntəqədə mən uduzmuşam. Seçicilərin sayı elan olunanlardan az idi.
İki məntəqədə mən cəmi 19 səslə qalib gəlmişəm, o məntəqəyə 49 seçici gəlib. Orada protokolu bizə vermək istəmirdilər. Biz udmuşuq, lakin mənə yığdığımız səsdən daha artıq yazıblar”.
Erkin Qədirli mandatdan imtina etməyəcəyini də bildirib.
Oxşar xəbərlər
“Exit poll”un nəticələrində mübahisəli dairələrdə qaliblər kimlər idi? - SİYAHI
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, ilkin açıqlamada 125 seçki dai...