Ərəb mediası Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə geniş yer verib
Yeniliklərdən dərhal xəbərdar olun
Ərəb ölkələrinin nüfuzlu media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilmiş görüşünü diqqət mərkəzində saxlayıblar.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, "əl-Cəzirə", "Sky news arabia", "əl-Arabiyyə", "əl-Qahira tv" və başqa nüfuzlu televiziya kanalları, "əl-Əhram", "ər-Ray", "əl-Məmləkə", "əl-Mısri əl-yaum" və digər onlarla populyar xəbər saytları Vaşinqtonda keçirilmiş görüş və əldə edilmiş razılaşmalar barədə məlumat veriblər, eləcə də ABŞ Prezidenti Donald Trampın və Prezident İlham Əliyevin orada söylədiyi fikirlərdən sitatlar gətiriblər.
Materiallarda Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalandığı qeyd edilib, liderlərin üçtərəfli görüşünün regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və rifahın təşviqi üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...