Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional məsələləri müzakirə edib.
Prezident Ərdoğan, İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təşkil edərək, mümkün monitorinq mexanizminin yaradılmasını təklif edib.
Bundan əlavə, dövlət başçısı Suriya sərhədinin 30 km. dərinliyində terrordan azad zonanın yaradılmasının hələ də mümkün olmadığını və buranı təhlükəsiz hala gətirməyin zəruri olduğunu bildirib.
Türkiyə lideri əlavə edib ki, PKK/YPG terror təşkilatının Suriyada Türkiyə və Suriya vətəndaşlarına qarşı hücumları davam edir.
Prezident Ərdoğan 2019-cu ilin oktyabrında imzalanan müqavilədə yer alan Türkiyə sərhədindən 30 kilometr dərinlikdə terrordan təmizlənmiş zonanın yaradılmasının mümkün olmadığını, bu ərazidə təhlükəsizin təmin eidlməsinin zəruri olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Kreml: Ərdoğanla danışıqda Rusiyanın Ukrayna hakimiyyəti ilə dialoqa hazır olduğu təsdiqləndi
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. BAKU.WS APA-ya istinadən verdiyi məlumata görə, telefo...
