Ərdoğanla Baydenin görüşünün vaxtı məlum olub

Ərdoğanla Baydenin görüşünün vaxtı məlum olub
Siyasət 105

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arsında baş tutacaq görüşün tarixi açıqlanıb.

“HaberGlobal” xəbər verir ki, iki ölkə liderlərinin görüşü oktyabrın 31-də(sabah) baş tutacaq.

Görüş zamanı F-16 və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacağı bildirilir.

Görüş İtaliyanın Roma şəhərində baş tutacaq.

Qeyd edək ki, Romada “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti keçirilir.

Oxşar xəbərlər

Son xəbərlər