Ərdoğanın müavini Azərbaycanda səfərdədir
04
dek
2023
16:13
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.
Z.Sırakaya YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.
Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...