Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Türkiyə lideri 8 noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək:
"Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlər barədə görüşlər keçirməsi də nəzərdə tutulur".
Oxşar xəbərlər
Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə sülh gündəliyini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüş...