Ərdoğandan Finlandiyanın NATO-ya üzvlüyünə razılıq MESAJI: "Verdiyimiz sözü tutacağıq" - VİDEO

Ərdoğandan Finlandiyanın NATO-ya üzvlüyünə razılıq MESAJI: Verdiyimiz sözü tutacağıq - VİDEO
Video
Siyasət 106

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü prosesindən danışıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Ərdoğan partiyasının qrup iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə liderinə ünvanlanan, "Cümə günü Finlandiya prezidenti gələcək, gələn həftə Finlandiya məsələsi parlamentə gələcəkmi? Bu məsələ həll olunacaqmı?", - sualına belə cavab verib:

"İnşallah biz də üzərimizə düşəni edəcəyik, verdiyimiz sözü tutacağıq, cümə günü onunla görüşəcəyik".

"Bu görüşdən sonra Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edəcəksinizmi?", - sualına Ərdoğan, "Proses necədirsə, biz onu həyata keçirəcəyik", - deyə bildirib.

Qeyd edək ki, Finlandiya Prezidenti türkiyəli həmkarı Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyəyə işgüzar səfər edəcək.

Son xəbərlər