Ərdoğan: "Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu regional ticarəti artıracaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qars-İğdır-Dilucu dəmir yolu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində) regional əməkdaşlıq və inkişaf üçün güclü stimul olacaq".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 22-də ölkənin şərqindəki İğdır vilayətində yeni dəmir yolunun tikintisinə başlanılması mərasiminin iştirakçılarına müraciətində bildirib.
R.T.Ərdoğan müraciətində Zəngəzur dəhlizi marşrutu üzrə dəmir yolu əlaqəsinin əhəmiyyətinə diqqət çəkib. Bu layihə Cənub-Şərqi Anadolu əyalətlərində, həmçinin Türkiyənin Aralıq dənizi bölgəsində ixracata, istehsala və turizmə təkan verəcək.
Qeyd olunur ki, Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə arasında dəmir yolu şəbəkələrinin genişləndirilməsi ümumilikdə regional ticarətə çox müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...