Ərdoğan: "Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Cənab Prezident, əziz qardaşım, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsubları, azərbaycanlı can qardaşlarım, sizi ürəkdən salamlayıram”.
BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Bu Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq. Qardaşım cənab İlham Əliyevə dəvəti və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycanın 44 gün çəkən mübarizəsində şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, - bildirib.
Oxşar xəbərlər
Prezidentə məktublar: "Azərbaycan xalqının dünya xalqları arasında yenilməz bir xalq olduğunu Siz dünyaya sübut etdiniz"
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir. BAKU.WS məktublardan bir neçəsini təqdim edir: Ağabəy Az...