Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında COP29-la bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, dövlət başçısı rəsmi Ankaranın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərini açıqlayıb: "İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk".
Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən "İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası"nın fəaliyyət planlarını həyata keçirir: "Ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 59 %-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz üçün əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi potensialını 2035-ci ilədək 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik.
2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımızla 100 milyon ton karbon qazı ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq".
Dövlət başçısı qeyd edib ki, xanımı Əminə Ərdoganın himayəsi ilə başlanan və qlobal səviyyəyə çatdırılan "sıfır tullantı" layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatır. Bu yolla layihənin başlanğıcından indiyədək 5,9 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.
O, su ehtiyatlarından səmərəli istifadə üçün görülən tədbirləri də qeyd edib. Ərdoğan bildirib ki, hər il noyabrın 11-də qeyd olunan Milli Yaşıllaşdırma Günündə milyonlarla ağac əkilir.
Türkiyə Prezidenti COP29-un bu istiqamətdə qlobal səyləri daha güclü və təsirli edəcəyinə inamını ifadə edib. "Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm", - Ərdoğan vurğulayıb.
Bugün Dünya Liderleri İklim Zirvesi vesilesiyle Azerbaycan’ın başkenti Bakü’deydik.
— Recep Tayyip Erdoğan (@RTErdogan) November 12, 2024
İklim krizinin menfi etkilerinin en yoğun hissedildiği ülkeler arasındayız. 2053 yılı için net sıfır emisyona ulaşma ve yeşil kalkınma vizyonumuz ekseninde kilit sektörlerimizi dönüştürüyoruz.… pic.twitter.com/4nf43IZHax
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığının bayrağında Səfəvi, Əfşar və Qacar simvolları"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrəvan xanlığının bayrağı və onun tarixi" ad...