Ərdoğan: "Türkiyə FETÖ virusundan təmizlənənədək mübarizəni davam etdirəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Dövlətimiz FETÖ virusundan təmizlənənədək onunla mübarizəni davam etdirəcəyik".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 3.5 saat davam edən iclasından sonra mediaya açıqlamasında bildirib.
O, öz ölkəsinin inkişafı üçün çalışan hər bir vətəndaşa səslənərək deyib ki, insanlar kimi, dövlətlər də həyatlarında dalğalanmalar yaşaya bilərlər.
"İstər daxili, istərsə də regional böhranlar kimi bəzi problemlər müvəqqəti xarakter daşıyır. Türkiyənin gücü keçmişlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Bu dövrdə birlikdə qorumalı olduğumuz şey millətin ortaq dəyərləridir. Biz buna nail olanda heç kim önümüzə mane ola bilməz. Qurumlarımızın işində, sistemin fəaliyyətində hələ də çatışmazlıqlar varmı? İki əlin barmaqları kimi sıxsaq, hamısına qalib gələ bilərik. İndiyə qədər göstərdikləri səbrə görə hər bir vətəndaşımıza millətim adından minnətdarlığımı bildirirəm. Bu tarixi dönüş nöqtəsini uğurla başa vuraraq, Türk yüz ilinin pillələrini birlikdə atacağıq", - deyə Ərdoğan vurğulayıb.
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...