Ərdoğan: İŞİD liderinin arvadı tutulub - VİDEO
06
noy
2019
17:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən Ankara Universitetinin İlahiyyat Fakültəsinin 70 illik yubileyi ilə əlaqədar toplantıda iştirak edib. Prezident çıxışı zamanı İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə bağlı danışıb. BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Ərdoğan çıxışı zamanı İŞİD liderinin arvadının həbs olunduğunu açıqlayıb: "Bağdadi özünü tuneldə yox etdi. Bununla əlaqədar çox ciddi kampaniya başlatdılar. Biz də onun arvadını həbs etdik. İlk dəfə bunu burada açıqlayıram. Terrorçu, günahsız insanların qanını gözünü qırpmadan tökən şəxsdir. Bu baxımdan heç bir müsəlman terrorçu deyil. Utanmadan "İslam terroru" ifadəsini işlədən Qərb əvvəlcə aynaya baxmalıdır. İslam adından istifadə edərək terror fəaliyyətləri həyata keçirənləri araşdırın, arxasından İslam düşmənləri çıxacaq".
Oxşar xəbərlər
Bağdadinin əlindən xilas edilən 17 yaşlı qız: Aylardır mənə təcavüz edirdi
İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin əlindən xilas olan yəzdi gənc qız dörd ay ərzində yaşadığı dəhşətlərdən danışıb. BAKU.WS xəbər verir ki, bu barədə "Associate...