İŞİD terror təşkilatının yeni lideri məlum oldu - FOTO

İŞİD terror təşkilatının yeni lideri məlum oldu - FOTO
Siyasət 1727
İŞİD-in qurucusu Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən sonra terror təşkilatına rəhbərlik edəcək şəxsin adı məlum olub. BAKU.WS xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb. Məlumata görə, əl-Bağdadi ölümündən qabaq “Abdullah Kardaş” ləqəbli Hacı Abdullah əl-Afari adlı terrorçunu öz yerinə rəhbər təyin edib. Qeyd edək ki, ötən gün ABŞ silahlı qüvvələrinin Suriyanın İdlib şəhərində İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirməsi məlum olub. Abdullah Kardaş kimdir?Terrorçuların yeni lideri əl-Bağdadinin yaxın silahdaşlarından biri, iraqlı türkman “Abdullah Kardaş” hesab olunur. Onun əsl adı Əmir Məhəmməd Səid əl-Moulyadır və sələfindən beş yaş kiçikdir. Əl-Bağdadi onunla Amerika həbsxanasında tanış olub. “Abdullah Kardaş” da Səddam Hüseynin ordusunda xidmət edib və sonradan “Əl-Qaidə"yə üz tutub.İslam universitetinin məzunudur. Dinə fanatik münasibətinə görə, "müəllim" və "pis döyüşçü" kimi adlandırılıb. Ekspertlər hesab edir ki, yeni terrorbaşı əl-Bağdadidən daha səliqəlidir və saatlarla xütbə oxumaq bacarığına malikdir.

Oxşar xəbərlər

Ərdoğan: İŞİD liderinin öldürülməsi dönüş nöqtəsidir

Ərdoğan: İŞİD liderinin öldürülməsi dönüş nöqtəsidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsinə münasiət bildirib. BAKU.WS xəbər verir ki,...

708 Siyasət 21:06 27 oktyabr 2019

Son xəbərlər