Ərdoğan: Rusiya ilə antiterror sahəsində əməkdaşlığın inkişafına hazırıq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan Moskvada baş verən terror aktı ilə bağlı Putinə dərin hüznlə başsağlığı verib.
Türkiyə Prezidenti günahsız insanlara qarşı törədilən mənfur terror aktını kəskin şəkildə pisləyib və Rusiya xalqına başsağlığı verib, səbr diləyib.
Ərdoğan (Moskva vilayətində-red) hücumun bölgədəki böhranları ən qısa müddətdə sülh yolu ilə başa çatdırmağın lazım olduğunu nümayiş etdirdiyini söyləyib.
O qeyd edib ki, Türkiyə istisnasız olaraq bütün növ və təzahürlərə qarşı durmağın vacibliyini anlayaraq, terrorizmlə mübarizə sahəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Oxşar xəbərlər
Moskvada məşhur ticarət mərkəzində silahlı insident: Ölü sayı 150-yə çatıb - FOTO/VİDEO - YENİLƏNİB
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb. “Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat...