Ərdoğan Qətərdə DÇ-2022-nin finalına baxacaq
17
dek
2022
20:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Qətərə səfər edəcək.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan futbol üzrə dünya çempionatının bağlanış mərasimini izləyəcək.
Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
“Prezidentimiz Qətər əmirinin dəvəti ilə dekabrın 18-də dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək”, - deyə bildirilib.
Xatırladaq ki, Ərdoğan DÇ-2022-nin açılış mərasimində də iştirak edib.
Oxşar xəbərlər
Dünya çempionatında azarkeş dünyasını dəyişib
2022-ci il futbol üzrə dünya çempionatında Uelsin oyununa baxmaq üçün Qətərə gedən azarkeş dünyasını dəyişib. BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki,...