Ərdoğan Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Özbəksitanın Səmərqənd şəhərində R.T.Ərdoğanla V.Putin arasında görüş olacaq. Agentliyin xəbərinə görə, dövlət başçıları bir sıra məsələlərlə yanaşı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər.
Qeyd edək ki, sentyabrın 15-16-da Özbəksitanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Oxşar xəbərlər
Ərdoğan Özbəkistanda Putinlə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının samm...