Putin, Ərdoğan və Əsəd Özbəkistanda görüşə bilər
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Suriya dövlət başçısı Bəşər Əsədin Özbəkistanın paytaxtı Səmərqənddə üçtərəfli görüş keçirə biləcəyini təklif edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Təsnim" agentliyi yazıb.
Məlumata görə, Vladimir Putin hər iki prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları zirvə toplantısına dəvət edib və tərəflər bunu müsbət qarşılayıb.
Qeyd edək ki, Ukraynadan qayıdan (19 avqust) Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Suriya ilə bağlı da danışıb. “Siyasətdə inciklik olmaz. Siz həmişə sülh içində olacaqsınız. İstənilən vaxt görüşmək imkanınız olacaq. Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur",-deyə Türkiyə prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Rusiya tərəfində döyüşməyə gedir - FOTO
Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib. BAKU.WS bu barədə "Haber Global"a istinadla xəbər verir. Əldə edi...