Ərdoğan: "Putinin haqlı olduğu məqam var"

Ərdoğan: Putinin haqlı olduğu məqam var
Siyasət 101

"Hazırda dəhlizlə Rusiyadan taxıl daşınmır. Cənab Putinin haqlı olduğu məqam var. Təəssüf ki, dəhlizlə daşınan taxıl kasıb ölkələrə yox, zəngin ölkələrə gedir. Əsas məqsəd kasıb ölkələrə taxıl daşınmasını davam etdirmək idi".

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə mətbuat konfransında bildirib.

"Digər tərəfdən Rusiyaya qarşı sanksiyalar davam edir. Bu sanksiyaları tətbiq edən ölkələrə taxıl daşınması cənab Putini narahat edir. Biz də istəyirik ki, Rusiyadan taxıl daşınması başlasın. Səmərqənddə cənab Putinlə bu məsələləri ətraflı müzakirə edəcəyik", - deyə Ərdoğan əlavə edib.

Son xəbərlər