Ərdoğan: "Ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram"

“Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.
O qeyd edib ki, prezident seçkilərinin ikinci turu xalqın iradəsi ilə tamamlanıb:
“İki bayram arasında bizə demokratiya bayramı yaşadan xalqıma təşəkkür edirəm. Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram. 21 ildir layiq olduğumuz kimi, bundan sonra da Türk xalqına layiq olmağa çalışacağıq”.
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...
