Ərdoğan Makronu səriştəsiz prezident adlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Fransa Prezidenti Emmanuel Makron ölkəsində, o cümlədən parlamentdə, Fransa özü isə Afrikada etibarını sürətlə itirir".
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri qeyd edib ki, Makron Fransa parlamentində nüfuzdan düşüb:
"Fransaya rəhbərlik edən şəxs bu dövlətin başçısı olmaq üçün kifayət qədər səriştəyə malik deyil. Fransa Afrika ölkələrini istismar edir. Mali hazırda Fransadan tam ayrılmaq prosesindədir. Burkina Faso analoji addım üçün Fransaya vaxt verdi. Bir ay sonra ölkələrində Fransa əsgərlərini görmək istəmirlər", - Ərdoğan vurğulayıb.
O bildirib ki, Toqo da eyni addımı atacaq.
Türkiyə Prezidenti, həmçinin Makronun dürüst olmadığını da açıqlayıb:
"Fransa lideri, habelə bir sıra ölkələrin rəsmiləri ilə çoxlu görüşlər olub. Amma səmimi deyillər. Mən açıq deyirəm".
Oxşar xəbərlər
Medvedev Makronun ittihamlarına cavab verdi: "Ayıb olsun, cənab Prezident!"
"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur". BA...