Ərdoğan Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı İlham Əliyevi təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməri məlumat yayıb.
Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olundu, yeni təmaslar haqqında fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...