Ərdoğan Hakan Fidana “Dövlətdə üstün xidmət medalı”nı təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Ərdoğan, həmçinin təqaüddə olan komandirlərə də hədiyyələr verib.
Sertifikatı alarkən Fidan deyib: “Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”.
Xatırladaq ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Aparatında toplantısı keçirilib.
Oxşar xəbərlər
Hakan Fidan: "Dünyanı FETÖ-yə dar edəcəyik"
"Dünyanı FETÖ-yə dar etməyə davam edəcəyik". BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işl...