Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO

Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO
Video
Siyasət 756

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dahi şairimiz Əhməd Cavadın şeirini səsləndirib.

BAKU.WS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Ərdoğann bildirib ki, Qafqaz İslam Ordusunu Bakıya 18 kilometr məsafədəki Güzdəkdə qarşılayan Azərbaycan himninin yazarı Əhməd Cavad hislərini bu cür misralara töküb:

"Dağa, daşa sancağını öpdürüb,

Duman kimi bu dağları bürüdün.

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə.

Qardaşlığın fərmanına baş əyib,

Məzlumların imdadına yetişdin.

Qaranlıqda iman sənə yol açdı,

Sən o yoldan muradına irişdin.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə”.

Son xəbərlər