Ərdoğan Baydenlə F16-ların tədarükünü müzakirə edib

Ərdoğan Baydenlə F16-ların tədarükünü müzakirə edib
Siyasət 0

"Baydenlə ayaqüstü də olsa görüşdük".

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsindəki çıxışı zamanı deyib.

"Təəssüf ki, F-16-dan söhbət düşəndə ​​dostlarımız məsələni İsveçlə bağlayırlar. Bu yanaşma bizi kədərləndirir. Bircə cavabım var. Siz hər şeyi Konqreslə əlaqələndirirsiniz. Bizim də parlamentimiz var. Türkiyə Böyük Millət Məclisində belə bir qərar qəbul olunmasa, heç nə deyə bilmərəm. Təkbaşına qərar verə biləcək vəziyyətdə deyiləm. Mən parlamentimin qərarını gözləməliyəm", - deyə dövlət başçısı bəyan edib.

Son xəbərlər