Ərdoğan-Bayden görüşündə Qarabağ müzakirə mövzusu olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden görüşündə qarşılıqlı əlaqələrin bütün istiqaməti nəzərdən keçiriləcək və görüşü hər iki lider səbrsizliklə gözləyir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivan Ağ evdəki mətbuat konfransında bildirib.
"14 iyunda hər iki lider Şərqi Aralıq dənizi, Suriya, İran, Dağlıq Qarabağ kimi regional mövzularda geniş və hərtərəfli fikir mübadiləsi aparılacaq. Bayden Ərdoğanı çox yaxşı tanıyır", - deyə C.Sallivan əlavə edib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edi...