Ərdoğan Avropa liderlərini Putinə qarşı mənfi danışmamağa çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Praqada kiminlə görüşdümsə, Putinin əleyhinə danışırdı. Mən də dedim ki, yanlış edirsiniz. Rusiya kimi bir dövlətin başçısına hər yerdə belə mənfi yanaşsanız, o da bir lider olaraq öz duruşunu özünü əzdirmədən göstərəcək”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ATV telekanalına müsahibəsində deyib.
“Bir lider olaraq sizə hücumlar edilsə, siz buna göz yumarsınızmı? Etməzsiniz. Mənə qarşı edilsə, mən də etmərəm. Nə lazımdırsa, onu da edərəm. Cənab Putinin də etdiyi budur. Dünyada 3-5 hörmətli ölkələrdən olan Rusiyanın başçısı olacaqsınız və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil”, - Türkiyə lideri vurğulayıb.
Oxşar xəbərlər
Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı keçirilir - YENİLƏNİB - VİDEO
Praqada Avropa Siyasi Birliyi liderlərinin zirvə toplantısı keçirilir. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, həmçinin Türkiyə Prezidenti Rəcə...