Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb

Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb
Foto
Siyasət 42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasındakı müvəqqəti atəşkəsdən məmnunluğunu bildirib.

BAKU.WS xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

"28 fevraldan bəri bölgəmizi alov meydanına çevirən müharibədə dünən gecə elan olunan atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Mümkün təxribat və sabotajlara fürsət verilmədən atəşkəsin tam şəkildə həyata keçirilməsini arzulayırıq. Başda dost və qardaş Pakistan olmaqla, atəşkəsin əldə olunması prosesinə töhfə verən bütün tərəfləri səmimi-qəlbdən təbrik edirik", - Türkiyə lideri əlavə edib.

R.T.Ərdoğan müharibə, qarşıdurma, gərginlik və zülmlərdən çox əziyyət çəkmiş regionun ən qısa zamanda sülhə, əmin-amanlığa və sabitliyə qovuşmasını arzuladığını bildirib.

"Türkiyə bölgədə və dünyada sülhün səsini yüksəltməyə davam edəcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Son xəbərlər