Ərazi müdafiəsinin təsnifatı ilə bağlı qanunvericilikdə dəyişiklik edilib
"Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu imzalayıb.
Dəyişikliyə əsasən, "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun "Ərazi müdafiəsi" adlı 17-ci maddəsi aşağıdakı redaksiyada verilir:
"Ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir.
Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilir.
Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir".
Oxşar xəbərlər
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən şəxslərdən biri Emin Əliyarov barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prose...