Əminə Ərdoğan İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi
"COP29 sammiti iqlim fəaliyyəti üçün ortaq gələcək qurmaq yolunda ümid verir. Gənclərin ətraf mühitə həssas səylərini və Azərbaycanın bu prosesdəki uzaqgörən liderliyini görmək bizi sevindirdi".
Bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkə hesabında yazıb.
"Səmimi ev sahibliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik", - deyə o, paylaşımında əlavə edib.
COP29 zirvesi, iklim eylemi için ortak bir gelecek inşa etme yolunda umut veriyor.
— Emine Erdoğan (@EmineErdogan) November 13, 2024
Gençlerin çevreye duyarlı çabalarını ve Azerbaycan’ın bu süreçteki vizyoner liderliğini görmekten mutluluk duyduk.
Samimi ev sahipliği için Azerbaycan Cumhurbaşkanı İlham Aliyev’e ve kıymetli… pic.twitter.com/mvN6AojCLI
Oxşar xəbərlər
Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün 979 ton "Aİ 92" markalı avtomobil yana...