Əməkdar jurnalist 20 Yanvar faciəsindən DANIŞDI
"Gözümüzü açıb gördük ki, camaatı qırıblar, şəhəri gülləbaran ediblər. Küçələr meyitlə, qanla dolub. Adam bilmirdi ki, həmin dövrdə nə yazsın. İstəyirdin, elə bir şey yazasan ki, kimsə oxuyanda dərdi soyusun. Ən güclü yazıçılar belə o cür səhnələri ağlına gətirib yaza bilməzdilər".
BAKU.WS xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında 20 Yanvar faciəsindən bəhs edən məşhur "Şəhidlər" kitabının müəllifi Rafiq Səməndər deyib.
"Gördüyüm o səhnələri evə gələndə sadəcə qeyd edirdim. Beləcə bir də gördüm ki, qeydlərim həddindən artıq çoxdur və bunları kitab şəklində nəşr etdirmək qərarına gəldim. Daha sonra "Dalğa" proqramında xalqa müraciət etdim, yazdıqlarımdan dinləyicilərə oxudum. Çox müsbət rəylər eşitdim. Hətta gecə saatlarında görkəmli şairimiz Bəxtiyar Vahabzadə zəng edib "Qorxma, yaz, mən sənin arxandayam, yanındayam" dedi. Beləliklə, mən yazmağa başladım. 20 Yanvar şəhidlərinin ildönümündə kitab hazır oldu, 150 min tirajla çap olundu. Təxminən bir həftə ərzində isə qurtardı", - deyə o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
AZAL təyyarəsinin qəzası: Həqiqət gizlədiləndə
"Göz yaşları heç vaxt qurumayacaq, bu ağrı Azərbaycan Hava Yollarının təyyarə qəzasında həlak olanların yaxınlarının qəlbində əbədi qalacaq. Qaranı ağartmaqdan,...