Elton Con tviteri tərk etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur britaniyalı müğənni və bəstəkar Elton Con (əsl adı Recinald Kennet Duayt) tviterlə vidalaşıb.
BAKU.WS xəbər verir ki, 75 yaşlı əfsanəvi musiqiçi bu barədə sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, İlon Mask tviterin sahibi olduqdan sonra baş verən dəyişikliklər sosial şəbəkə istifadəçiləri arasında dezinformasiyanın yayılmasını xeyli asanlaşdıracaq.
“Həyatım boyu musiqidən insanları bir araya gətirmək üçün istifadə etməyə çalışmışam. Dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görəndə çox üzülürəm”, - o, qeyd edib.
Daha sonra “Tesla”, “SpaceX” şirkətlərinin və tviter sosial şəbəkəsinin sahibi İlon Mask "Mən sizin musiqinizi sevirəm. Ümid edirəm ki, qayıdacaqsınız. Sizi özəl olaraq narahat edən yanlış məlumat varmı?", - deyə sənətçinin paylaşımına şərh yazıb.
Qalereya
Oxşar xəbərlər
İlon Mask Roma Papası ilə görüşüb - FOTO
Dünən amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Papa Fransisk ilə görüşüb. BAKU.WS xəbər verir ki, milyarder bu barədə özünün tvi...