Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü
Siyasət 50

Azərbaycanın baş naziri Əli Əsədov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.

Son xəbərlər