Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü
Siyasət 36

Azərbaycanın baş naziri Əli Əsədov Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

BAKU.WS Nazirlər Kabinetinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Son xəbərlər