Əli Əsədov Daşkənddə "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış olub

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Özbəkistanın Baş naziri Abdulla Aripovla Daşkənddə "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış olub.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Azərbaycanın hökümət başçısına "TEXNOPARK" barədə məlumat verildi. Bildirildi ki, "TEXNOPARK" MMC 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaranıb. "TEXNOPARK" yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən sənaye məhsullarının istehsalını təmin etmək məqsədilə yaradılıb. "TEXNOPARK" MMC-nin sahəsi 103 hektardan artıqdır.
Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ildə Özbəkistana rəsmi səfəri zamanı "TEXNOPARK" MMC-nin fəaliyyəti ilə tanış olub.
Baş nazir Əli Əsədov burada istehsal olunan sənaye, texniki, elektron, inşaat və məişət məhsullarına baxdı.
Bildirildi ki, tərəfdaşları dünyanın aparıcı şirkətləri olan "TEXNOPARK" MMC-nin fəaliyyəti, eyni zamanda, geniş çeşiddə məişət texnikası istehsalı üzrə müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəlib. Hazırda burada 13 istehsal obyekti fəaliyyət göstərir. Bunların sırasına lift, eskalator, elektron qaz sayğacları, məişət soyuducuları, sənaye kondisionerləri, soyutma sistemləri, paltaryuyan maşın və digərləri daxildir.
"TEXNOPARK" MMC-də 20 sənaye istiqaməti birləşib. Burada, həmçinin logistik mərkəz də fəaliyyət göstərir, daxili və xarici bazarlara yönəlmiş geniş çeşiddə sənaye, texniki, elektron, tikinti və məişət məhsulları istehsal olunur.
Qalereya
Oxşar xəbərlər
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" olması ilə bağlı tədbirlər planı hazırlanacaq. BAKU.WS xəbər verir ki, Prezide...
