Elçin Quliyev xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçuları təltif edib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib.
Bu barədə BAKU.WS-ə DSX-dən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılıb, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
DSX-nin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə edib.
Qalereya
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...