Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
Yeniliklərdən dərhal xəbərdar olun
Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol olynamağa başlayır.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Türkiyə və Azərbaycan artıq onillərdir ki, böyük layihələrin imzalanmasında iştirak edir. Bu layihələr geniş regionumuzda bugünkü qarşılıqlı bağlantının əsasını qoyub. Düşünürəm ki, burada koordinasiya əsas sözdür, çünki bağlantı layihələri yalnız ölkələr və tərəflər siyasi bəyannamələrdən konkret qarşılıqlı fəaliyyət mexanizmlərinə keçdikdə uğurlu olur. Bu məsələdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən TDT-nin artan əhəmiyyətini vurğulamaq istərdim", - E.Əmirbəyov deyib.
Xüsusi nümayəndə qeyd edib ki, TDT ölkələrinin coğrafiyası Orta Dəhlizin təməlini formalaşdırır. Onun sözlərinə görə, təşkilat gömrük prosedurlarının harmonizasiyasını, infrastruktur "dar boğazları"nın aradan qaldırılmasını və sərhəd məsələlərinin həllini əhatə edən fəaliyyətlərin razılaşdırılması üçün platformaya çevrilir.
O, həmçinin qeyd edib ki, Xəzər dənizinə maneə kimi deyil, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni birləşdirən həlqə kimi baxılmalıdır.
Oxşar xəbərlər
Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər?
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və M...