Əlcəzair portalı: Ağdamda iki məscid bərpa olunacaq

Əlcəzair portalı: Ağdamda iki məscid bərpa olunacaq
Siyasət 40

Əlcəzairin “ƏL Hərir” portalında Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Cümə və Qiyaslı məscidlərinin bərpa olunacağı barədə AZƏRTAC-ın ərəb dilində xəbəri yayımlanıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, bu məlumatı Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmisi Azad Cəfərli “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı verib.

Xəbərdə bildirilib ki, nazirliyin nümayəndəsi azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarixi memarlıq və mədəniyyət abidəsinin, o cümlədən Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli irs nümunələrinin olduğunu deyib. O əlavə edib ki, bunlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa edilib, həmçinin Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq.

Son xəbərlər