Ekskavatorçunun diqqəti Enesin həyatını xilas etdi - FOTO

Ekskavatorçunun diqqəti Enesin həyatını xilas etdi - FOTO
Foto
Siyasət 371

Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər nəticəsində Hatayın Kırıkhan rayonunda dağılan binada axtarış-xilasetmə işləri zamanı 13 yaşlı Enes xilas edilib.

BAKU.WS "CNN Türk"ə istinadən xəbər verir ki, dağıntı ərazisində çalışan ekskavator operatoru qaldırdığı betonun altında hərəkət edən uşağı görərək xilasetmə qruplarına xəbərdarlıq edib.

Enes dağıntılar altından xəsarətlərlə olsa da sağ çıxarılıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb. Ərazidə xilasetmə işləri davam etdirilir.

Son xəbərlər