Əjdər Tağızadə: "Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə “Urmiya gölünün qurudulması” ilə bağlı Bakıda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, Urmiya məsələsi artıq siyasi məsələyə çevrilib və bu da kimsəyə sirr deyil:
"Gölün özünün çaylardan götürdüyü su haqqı var. Kürdlər yaşayan yerlərdən gələn çayların qabağı da kəsilir. Bununla da İran dərin milli münaqişə yaradır. Kürdlər yaşayan yerdə tunel inşa olundu, lakin açılmadı".
O bildirib ki, gölün qurudulması ciddi ekoloji problemə səbəb olur.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...