Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır - YENİLƏNİB

Əfqanıstanda zəlzələ qurbanlarının sayı artır - YENİLƏNİB
Siyasət 0

Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.

BAKU.WS bu barədə "Reuters"ə istinadən xəbər verir.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub.

ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.

***22:30

Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələ qurbanlarının sayı artaraq 2 400 nəfəri ötüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, məlumatı “TOLO News” telekanalı “Taliban” hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmisinə istinadən yayıb.

Müvəqqəti Əfqanıstan hökumətinin Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-dən çox olub, azı 2 000 nəfər yaralanıb.

Saik daha əvvəl zəlzələ qurbanlarının sayının 9 240 nəfərə yaxın olduğunu bildirsə də, sonradan bu məlumat təkzib edilib.

Son xəbərlər