Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladılıb - Yaralananlar var
Əfqanıstanda Rusiya diplomatik missiyasının avtomobili partladılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, paytaxt Kabulda Rusiya səfirliyinin yaxınlığında diplomatik missiyanın avtomobili kustar üsulla düzəldilmiş partlayıcı qurğu ilə partladılıb.
Nəticədə avtomobildə olan diplomatik missiyanın əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar.
İlkin məlumata görə, hədəf diplomatik missiyanın avtomobilinin qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı tipli maşını olub. Lakin, bununla belə Rusiya diplomatlarının terror hücumuna məruz qaldığı istisna olunmur.
Rusiya tərəfi Əfqanıstandan insidenti dəqiq araşdırmağı və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını üçün tədbirlərin görülməsini tələb edib.
Oxşar xəbərlər
Dünya miqyasında terrorizmdən ən çox təsirlənən ölkə məlum oldu
Mərkəzi Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) “2020 Qlobal Terrorizm İndeksi”ni açıqlayıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, indek...