Əfqanıstanda baş verən zəlzələnin qurbanlarının sayı artdı
Yeniliklərdən dərhal xəbərdar olun
Çərşənbə axşamı Əfqanıstanın şimal-şərqində baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Əfqanıstanın Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman Amarın sözlərinə görə, Əfqanıstanda azı 4 nəfər həlak olub, 70 nəfər yaralanıb.
Bildirilir ki, axtarış-xilasetmə qrupları daha çox zərər çəkmiş kəndlərə çatdıqca, ölənlərin sayı arta bilər. Zəlzələdən zərər çəkmiş bəzi rayonlar son dərəcə uzaqdır və mobil telefon xidməti yoxdur.
Zəlzələ nəticəsində Əfqanıstan və Pakistanın şimalındakı şəhərlərdə sakinlər evlərini tərk ediblər, yeraltı təkanlar binalara zərər vurub və torpaq sürüşmələrinə səbəb olub.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstanda iki, Pakistanda da isə doqquz nəfərin həlak olduğu məlum idi.
Oxşar xəbərlər
Əfqanıstandakı zəlzələ Pakistanda da hiss olunub, dağıntılar var - FOTO - YENİLƏNİB
Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub. Yeraltı təkanlar nəticəsində bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları yararsız vəziyyət...