Əcdad yadigarından qələbə rəmzinə: Düşmənin dirənişini sındıran əməliyyat
Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Azərbaycan Ordusunun müasir hərb tarixində misilsiz səhifə açan Xudafərin əməliyyatından bəhs olunub.
Qeyd edilib ki, 2020-ci ilin payızında cəbhənin cənub cinahında aparılan bu əməliyyat təkcə Araz boyunca strateji irəliləyiş deyildi:
"Xudafərin əməliyyatı həm də azadlığın rəmzinə çevrilmiş bir yürüş idi - əcdad yadigarı olan körpümüzdə üçrəngli bayrağımızın yenidən dalğalanması ilə nəticələnən müqəddəs yol".
Vurğulanıb ki, Xudafərin əməliyyatı Azərbaycan əsgərinin gücünün yalnız silahda deyil, iradə və milli ruhunda da olduğunu sübut etdi. Cəbrayıldan Xudafərinə uzanan bu döyüş yolu bir millətin əzmini əbədiləşdirdi.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycan Respublikasının Sədrliyi i...